Yoxuşun Uşaqları
.............
Kitab Haqqında
Şəxsi avtobioqrafiyalar sadəcə bir insanın yaşam hekayəsindən ibarət deyildir. Cəmiyyətdəki münasibətlər, dəyərlər, quruluş və bu sahələrdə ortaya çıxan dəyişikliklər insanların fərdi hekayələrinin cəmidir, əslində. Uzun müddət sosioloq olaraq həm universitetdə müəllimlik, həm də bürokratlıq edən Cahit Bağcı üç dəfə də millət vəkilliyi edərək akademik və bürokratik təcrübəsi ilə siyasətin içində özünə yer tapdı. Bağcının üç fərqli sahə insanının gözündən süzülən bir baxışla öz keçmişini də içinə qataraq bir dövrə işıq tutan avtobioqrafiyası Anadolunun bir qəsəbəsindən ümidlə çıxılan bu səfərin TBMM-də sonlanan bir həyat hekayəsini, əslində isə sətir aralarında Türkiyədəki dəyişikliyin və yeniliyin dövrü tablosunu gözlər önünə sərir.
Ömər Çaha
.............
Yoxuşun uşaqları özünə qayıdışdır. Yaşadıqları, böyüdükcə şahidi olduqları, dəyişənlər və yox olanlar haqqındadır. Şübhəsiz, həyatda iztirab və həsrət qədər ümid, xəyal və coşqulara da yer vardır. Müəllif iztirabları ilə birlikdə öz səyi ilə ümid, xəyal və coşqularını bizə fərqli şəkildə çatdırır. Sanki oxucuya “indi göy üzündə uçma zamanıdır” deyərək bir Simurq olma xəyalı ilə keçmişdən günümüzə yoxluqdakı gizli bir dirilişi, təptəzə, diri və canlı bir səfəri təqdim edir.